Polşa 45 rusiyalı diplomatı ölkədən çıxarır

Polşanın Daxili Təhlükəsizlik Agentliyi ölkədə kəşfiyyat
fəaliyyətində şübhəli bilinən 45 rusiyalı diplomatın siyahısını
Xarici İşlər Nazirliyinə təqdim edib.

Trend-in
məlumatına görə, bunu Polşa daxili işlər nazirinin mətbuat katibi
Stanislav Jarın deyib.

O bildirib ki, agentlik Polşada diplomatik fəaliyyət adı ilə
işləyən 45 nəfəri müəyyən edib və onların tezliklə ölkədən xaric
olunmasını tələb edir.

Bu məsələ ilə əlaqədar Polşa XİN Rusiya səfiri Sergey Andreyevi
çağırıb.

Öz növbəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov
Polşanın diplomatları ölkədən çıxaracağı təqdirdə cavab
addımlarının atılacağını bildirib.