Polkovnik: Rusiyanı nüvə ilə vurmağı məşq edirik

Polkovnik: Rusiyanı nüvə ilə vurmağı məşq edirik

Əgər Üçüncü Dünya müharibəsi başlanarsa, çoxlu Amerika əsgəri öləcək və günahkar Rusiya yox, NATO olacaqdır.

AzerTimes xəbər verir ki, bu fikirləri ABŞ Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Riçard Bleyk paylaşıb.

“Bütün bunlar NATO-nun planlaşdırılmış ssenarisidir. Uzun illərdir biz nüvə silahları ilə təchiz edilmiş qırıcılar ilə Rusiya Federasiyasının sərhədlərində təlim uçuşları həyata keçiririk. Bu, onu göstərir ki, ABŞ həmişə Rusiyaya zərbələr endirməyə hazırlaşıb.

Bütün bunlar Üçüncü Dünya müharibəsi ilə nəticələnə bilər. Əgər bu müharibə başlanarsa, çoxlu sayda Amerika əsgəri öləcək və günahkar Rusiya yox, NATO olacaq. Bu müharibə torpağı radiasiya ilə zəhərləyəcək. Bu, dünya ticarətinin və ərzaq məhsullarının istehsalının tam iflasına gətirib çıxaracaq. Bu müharibədə qalib gələn olmayacaq”, – deyə polkovnik bildirib.

Teqlər: