Politoloq: Nikol deyəcək ki, gəlin, Azərbaycana birləşək

Politoloq: Nikol deyəcək ki, gəlin, Azərbaycana birləşək

2020-ci ilin noyabrından Azərbaycan Prezidenti İlham Əliyev əvvəlcədən nə demişdirsə, onu da edir. Nikol Paşinyan da nəsə etməyə çalışır, amma Əliyev razılaşmır. Bu o deməkdir ki, İlham Əliyev növbəti addımını atacaq. Bəs növbəti addım nədir? Növbəti addım Ermənistanın cənubunun Azərbaycana verilməsidir – yəni Azərbaycana ordan yol verilməsi.

AzerTimes xəbər verir ki, bunu erməni siyasətçisi Levon Ayryan deyib.

“Paşinyan öz ağzı ilə bəyan edir ki, bu yollar ermənilərə deyil, üçüncü ölkənin nümayəndələrinə xidmət göstərəcək. Eduard Ağacanyan deyir ki, biz artıq Qarabağı saxlaya bilmərik, Alen Simonyan bəyan edir ki, Hadrut Ermənistan deyil. Bundan sonra nə olacağını, növbəti addımın nə olduğunu bilirik. İndiyə qədər deyirdik ki, növbəti addım soyqırımdan imtina olacaq, amma indi daha konkret bir şey demək istəyirəm. Növbəti addım o olacaq ki, onlar müstəqil Ermənistan dövlətinin maraqlarını qoruya bilməyəcəkləri barədə bəyanat verəcəklər. Deyəcəklər ki, bizim də belə lüksümüz yoxdur. Müstəqilliyimizi qorumaq üçün başqa dövlətə qoşulmalı olacağıq. Deyəcəklər ki, Türkiyəyə birləşmək problemli olduğundan, Rusiya isə bu dəqiqə uzaqda və zəif olduğu üçün Azərbaycana birləşsək, yaxşı olar. Paşinyan bunu açıqlayacaq”, – o bildirib.

Teqlər: