Polislərin qətlinə MM-də reaksiya

Polislərin qətlinə MM-də reaksiya

Bu gün Azərbaycanda cinayətkarlıqla mübarizədə hüquq-mühafizə orqanları müstəsna rol oynayır. Azərbaycan hazırda dünyada ən stabil ölkələrdən biridir.

AzerTimes xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib.

“Şübhəsiz ki, polisə atılan güllə cəmiyyətə atılan güllədir. Azərbaycan polisi həm birinci, həm də ikinci Qarabağ müharibəsində ciddi rol oynaylıb və çoxsaylı şəhidlər verib. Cinayətkaqlığa qarşı daha sərt addımların atılması zəruridir. Dünənki hadisə də göstərdi ki, bəzi insanlarda silahlar var”, – millət vəkili bildirib.

O qeyd edib ki, bəzi hallarda cinayətkarlığın qarşısını almaq üçün ölüm cəzası daha effektlidir:

“Proseslərin təhlili göstərir ki, dəfələrlə cinayət törətmiş insanların azad olunmasına daha həssas yanaşmalıyıq”.

Teqlər: