Xəbər - Samir Əli – Trend:
Sosial şəbəkələrdə yayılan videogörüntülərdə polisin vətəndaşı saxlayarkən fiziki təzyiq etməsi ilə bağlı yayılan məlumatlar yalandır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev AzerTimes-a açıqlamasında bildirib ki, polislər vətəndaşı döyməyiblər:
“Vətəndaş küçədə özünə və ətrafdakılara xəsarət yetirməyə cəhd edərkən polis əməkdaşları ona mane olmağa çalışıblar. Vətəndaş aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırmalar aparılır”.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videogörüntüdə polis əməkdaşlarının sürücünü məkətbli övladlarının gözü qarşısında döydüyü iddia olunur.