Goranboy Rayon Polis Şöbəsinin tərəfindən Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı ağacəkmə aksiyası keçirilib.
DİN Mətbuat xidmətinin Gəncə regional qrupundan AzerTimes-a verilən məlumata görə, rayon ərazisində baş tutan kampaniyaya polis əməkdaşları ilə yanaşı, Goranboy İcra Hakimiyyətinin, eləcə də digər hüquq-mühafizə qurumları və təşkilatların nümayəndələri də qoşulub. Ağacəkmədə Goranboy RPŞ rəisi, polis polkovniki Ramin Qədirov, Goranboy RİH başçısı Məhərrəm Quliyev, rayon prokuroru Kamran Məmmədov və DTX-nin Goranboy rayon şöbəsinin rəisi Əhməd Həsənli iştirak edib.
Ərazidə abadlıq və təmizləmə işləri aparıldıqdan sonra polis əməkdaşları ağac tinglərini əkib, onların suvarılmasını təmin ediblər. Ağacların küləkdən qorunması üçün qoruyucu dirəklər basdırıblar. Ərazinin nəzarətdə saxlanılması, əkilmiş ağaclara mütəmadi qulluq göstərilməsi üçün müvafiq tədbirlər bundan sonra davam etdiriləcək.