Paytaxtın Səbail rayonunda “Range-Rover” markalı avtomobilin
sürücüsü yol hərəkəti qaydalarını pozaraq qarşıdan gələn nəqliyyat
vasitələrinin yoluna çıxıb. Daha sonra sürücü yol polisinin saxla
əmrinə tabe olmayaraq hərəkətini davam etdirib. Həmin sürücü Xətai
rayonu “Neapol” dairəsi adlanan ərazidə də kobud qayda pozuntusuna
yol verərək polisin saxla işarəsinə məhəl qoymayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, Xətai
Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən
həmin sürücüsünün şəxsiyyəti müəyyənləşdirilib. Məlum olub ki,
sürücü paytaxt sakini Orxan Əyyubovdur və o, saxlanılaraq Polis
Şöbəsinə gətirilib.
Sürücü barəsində toplanan materiallara hüquqi qiymət verilməsi
üçün məhkəməyə göndərilib. O.Əyyubov məhkəmənin qərarı ilə 20 gün
müddətinə inzibati qaydada həbs edilib.