Bir neçə gün öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında keçirilən aksiyada iştirak edən qazi Elçin Verdiyevə əlillik dərəcəsi təyin edilib.
Bununla bağlı qazi Elçin Verdiyev AzerTimes-a açıqlamasında deyib.
“O hadisədən bir neçə gün sonra mənə III qrup əlillik təyin edilməsi haqda mesaj gəldi. Baxmayaraq ki, çoxdan müraciət etmişdik, lakin bir cavab yox idi. Biz sadəcə haqqımızı tələb etmişik”, – E. Verdiyev bildirib.
Qeyd edək ki, iyunun 2-də Vətən müharibəsi qazilərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında keçirilən aksiya zamanı binanın mühafizəsində iştirak edən polis qapını sındıraraq içəri daxil olan Elçin Verdiyevi qucaqlamışdı. Polisin bu jesti sosial şəbəklərdə kifayət qədər rəğbətlə qarşılanmışdı.