Polisə tabesizlik göstərən “Leksus”un sürücüsü saxlanıldı

Polisə tabesizlik göstərən “Leksus”un sürücüsü saxlanıldı

İyunun 22-si saat 17 radələrində Biləcəri qəsəbəsi ərazisində “Leksus” markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildiirlib ki, polis əməkdaşlarında Bakı şəhər sakini, sürücü Hümbət Nəbiyevin narkotik vasitə istifadə etməsi şübhə yaradıb. Onu tibbi müayinəyə aparmaq istəyərkən sürücü polisin qanuni tələblərinə məhəl qoymayaraq tabesizlik göstərib.

H.Nəbiyev saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə təhvil verilib.

Teqlər: