Xankəndi şəhərində xüsusi əməliyyat keçirilib.
AzerTimes xəbər verir ki, Xankəndi Şəhər Polis Şöbəsinə şəhər ərazisində iki ünvanda partlamamış silah-sursatın olması barədə DİN-ə məlumat daxil olub.
Məlumatla əlaqədar polis əməkdaşları sözügedən ünvana baxış keçiriblər.
Əməliyyat-axtarış tədbirləri zamanı beşmərtəbəli yaşayış binasının zirzəmisindən çox sayda silah-sursat aşkarlanıb.