Polis Saatlı və Zərdabda əməliyyat keçirdi, silahlı şəxslər yaxalandı

Xəbər - Samir Əli – Trend:

Saatlı və Zərdab rayonlarında polis silahlı şəxslərə qarşı əməliyyat keçirib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzerTimes-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayonun Azadkənd sakini S. Orucovdan müvafiq sənədləri olmayan “İJ-58” markalı ov silahı aşkar edilərək götürülüb.

Bundan başqa Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən vətəndaşlarla müntəzəm şəkildə aparılan profilaktiki tədbirlər nəticəsində rayon sakinləri Ş. Musayev və B. Nuruyev ov silahlarını könüllü olaraq RPŞ-yə təhvil veriblər.

Teqlər: