Rusiya Federasiyasının hüquq-mühafizə əməkdaşları Udmurtiya Respublikasının başçısı Aleksandr Solovyovu həbs edib. Və paytaxt Moskvaya göndərildiyi bildirilir..
Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə İnterfax Agentliyinə xəbər verib.
“Səhər onu Moskvaya ekstradisiya ediblər”, – deyə mənbə bildirib.
O, 140 milyon rubl rüşvət almaqda ittiham olunur. Həbs barədə Rusiya prezidentinə məlumat verilib.