Polis paytaxtın 3 rayonunda əməliyyat keçirib, 4 nəfər saxlanılıb

Paytaxtın Nəsimi, Səbail, Binəqədi rayonlarında narkotik
vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
nəticədə narkotik vasitələrin satışı ilə məşğul olan 4 nəfər
saxlanılıb, qanunsuz dövriyyədən 4 kiloqramdan artıq müxtəklif
xassəli narkoik vasitə və psixotrop maddə çıxarılıb.

Nəsimi Rayon Polis İdarəsi və 19-cu Polis Şöbəsinin
əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı
narkotiklərin satışı ilə məşğul olan Vəli Rüstəmov və Ağasəf
Bəhmənov saxlanılıblar. Bu şəxslərdən 1 kiloqramdan artıq heroin,
metamfetamin, tiryək və narkotiklərin satışında istifadə etdikləri
elektron tərəzi aşkar olunub.

Səbail Rayon Polis İdarəsi və 8-ci Polis Bölməsinin
əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində isə
narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər
məhkum olunmuş Tərtər rayon sakini Anar Babayev tutulub. Onun
üzərinə və Səbail rayonu ərazisində yaşadığı evə baxış zamanı
ümumilikdə 2 kiloqram 260 qram narkotik vasitə heroin və psixotrop
maddə metamfetamin aşkar olunaraq götürülüb.


Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin
əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı isə rayon
ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan əvvəllər
məhkum olunmmuş Salyan rayon sakini Emin Quliyev tutulub. Onun
üzərindən və Binəqədi qəsəbəsində yaşadığı evdən 1 kiloqram 70 qram
heroin və narkotiklərin satışında bilavasitə istifadə etdiyi
elektron tərəzi aşkar olunub.

Araşdırma nəticəsində müəyyən edilib ki, saxlanılan şəxslərin
hər biri paytaxt ərazisində narkotik vasitələrin satışı ilə məşğul
olublar. Onlar xaricdə yaşayan narkotacirlərlə sosial şəbəkələr
vasitəsi ilə əlaqə yaradaraq həmin şəxslərin ölkə ərazisinə
müxtəlif qanunsuz yollarla göndərdikləri narkotikləri qəbul
ediblər.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət
işləri başlanılıb. Adları sadalanan şəxslər barəsində məhkəmələrin
qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Teqlər: