Polis nişanlısının qollarını sındıran şəxsi axtarır

Xəbər - Fərid Zöhrabov – Trend:

Bakıda nişanlısı tərəfindən döyülən 27 yaşlı gənc qızın hər iki qolu sınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru polis mayoru Anar Qafarovun Trend-ə verdiyi məlumata görə, nişanlısını döyərək qollarını sındıran şəxsin tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, 1995-ci il təvəllüdlü İsmayılova Cəmilə İsmayıl qızı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki qolun mil sümüyünün sınığı diaqnozu qoyulub.

Teqlər: