Xəbər - Samir Əli – Trend:
Daxili İşlər Nazirliyinin Metropolitenində Polis Şöbəsi Bakı
metropoliteninin stansiyalarında dilənçilərə qarşı əməliyyat
keçirib.
Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən
məlumat verilib.
Məlumatda bildirilir ki, Metropolitendə Polis Şöbəsi
əməkdaşlarının keçirdikləri tədbirlərlə dilənçiliklə məşğul olan 16
nəfər saxlanılıb. Saxlanılan şəxslərdən 3-ü kişi, 7-si qadın və
6-sı azyaşlı olub. Həmin şəxslər barəsində müvafiq tədbirlər
görülüb.