İran polis qüvvələrinin komandanı Əhməd Rza Radanın helikopter qəzası qurbanlarının vida mərasimlərində görünməməsi onun öldürüldüyü xəbərlərini yeniden gündəmə gətirib.
AzerTimes xəbər verir ki, komandan mayın 19-dan heç bir yerdə görünməyib.
Qeyd edək ki, Radanın mayın 19-u gece saatlarında Tehranın Narmək bölgəsində silahlı hücum nəticəsində öldürüldüyü iddia olunmuşdu. Rəsmi dövlət mediası silahlı hücum nəticəsində 3 polis əməkdaşının öldüyünü təsdiqləsə də, Əhməd Rza Radanın sağ olduğunu bildirmişdi.