Bakının Nəsimi rayonunda özünə qəsd etmək istəyən şəxs binanın damına çıxıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Beşmərtəbəli binanın damına çıxan polis özünü aşağı atmaq istəyən şəxsi qeyri-adi üsulla xilas edib.
Polis serjantı özünə qəsd etmək istəyən şəxsə yaxınlaşaraq: “Əlini mənə ver, vermiyən kişi deyil, vermiyən alçaqdır“-deyib.
Belə bir ifadə nəticəsini verib. Çox güman ki, söyüş götürməyən şəxs əlini polisə uzadıb və onu damdan endiriblər.