Polis hakimə hücum edən futbolçulara atəş açdı

Polis hakimə hücum edən futbolçulara atəş açdı

Paraqvayın Quarambara şəhərində polis hakimə hücum edən futbolçulara atəş açıb.

AzerTimes xəbər verir ki, hadisə hakimin oyunun final fitini səsləndirməsindən sonra qeydə alınıb.

Komandalardan birinin oyunçuları final fitinin tez səsləndirilməsinə etiraz edərək, hakimin üzərinə şığıyıblar. Referi onlardan qaçmağa çalışıb. Polis isə hakimin müdafiəsinə qalxaraq, hücum edən aqressiv futbolçulara rezin güllələrdən atəş açıb.

Qeyd edək ki, qarşılaşma “25 sentyabr” və “29 sentyabr” adlanan komandalar arasında keçirilib.

Teqlər: