Hüquq-mühafizə orqanları müxalifət deputatlarını Kirants kəndinə buraxmayıb.
AzerTimes xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a “Ermənistan” fraksiyasından olan deputat Aqnessa Xamoyan deyib.
Xamoyanın sözlərinə görə, o, beş deputatla birlikdə Tavuşa kənd sakinlərinə dəstək olmaq və bu anlarda onların yanında olmaq üçün gəlib, ancaq Kirantsa girə bilməyiblər.
Hüquq-mühafizə orqanları kənddə aparılan işlərə görə deputatları buraxmadıqlarını deyirlər. Deputatlarla danışıqları Tavuş polisinin rəisi Artur Mkrtçyan aparıb.
Qeyd edək ki, delimitasiyadan sonra Kirantsda bəzi evlər və torpaq sahələrinin Azərbaycan ərazisinə düşdüyü təsdiqlənib. Həmin evlərin boşaldılması üçün erməni sakinlərə 24 iyuna qədər vaxt verilib.
Ermənistan müxalifəti isə bundan siyasi məqsədlər və təxribat üçün istifadə etməyə çalışır.