ABŞ polisi Kapitoliyə hücumun iştirakçılarına dəstək üçün mitinqin keçirildiyi ABŞ Konqresi yaxınlığında dörd nəfəri həbs edib.
AzerTimes-ın məlumatına görə, bu barədə Amerika qanunverici orqanını qorumaqdan məsul olan müstəqil federal hüquq -mühafizə orqanının mətbuat xidməti bildirib.
Polis nümayəndələri qeyd edib: “Dörd nəfər bu gün [şənbə günü] mitinqin keçirildiyi Konqresin yaxınlığıdan həbs edilib”.
“Mətbuat” yazısı olan jilet geyinən həbs olunanlardan birində mitinq zamanı iri bıçaq aşkar edilib.