Polis əməkdaşı avtomobili aşırdı və dünyasını dəyişdi

Polis əməkdaşı avtomobili aşırdı və dünyasını dəyişdi

Yevlax rayonu ərazisində rayon sakini 1988-ci il təvəllüdlü Arif Məhərrəmov “Reno” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək avtomobili yolun kənarına aşırıb və nəticədə hadisə yerində həyatını itirib.

Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, A.Məhərrəmov Yevlax Rayon Polis Şöbəsində polis nəfəri kimi çalışırdı.

Teqlər: