Xəbər - Samir Əli – Trend:
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə
İdarəsinin əməkdaşları tərəfindən üzərlərində qanunsuz olaraq odlu
silah-sursat gəzdirən şəxslərə qarşı əməliyyatlar həyata
keçirilib.
Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumatda bildirilir
ki, daxil olan əməliyyat məlumatı əsasında Baş İdarə əməkdaşları
tərəfindən keçirilən tədbir zamanı Bərdə rayon sakini rayon sakini
Razi Süleymanov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan
zaman 1 ədəd xüsusi kustar üsulla qələm-tapança formasında
hazırlanan atəş üçün yararlı odlu silah, həmin silaha məxsus 3 ədəd
patron və 4 qram psixotrop maddə metamfetamin aşkar edilib.
Baş İdarə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat
zaman isə üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirməkdə
şübhəli bilinən daha bir nəfər – Kürdəmir rayon sakini Zaur Kərimov
da tutulub. Onun üzərinə baxış zamanı 1 ədəd “Naqan” markalı atəşə
yararlı tapança, həmin silaha məxsus 7 ədəd patron aşkar
edilib.
Qeyd olunan faktlarla əlaqədar saxlanılanların hər biri
barəsində Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə
cinayət işləri başlanılıb. Adları sadalanan şəxslər barəsində
həbs qətimkan tədbirləri seçilib. Saxlanılanların cinayət
əlaqələrinin aşkar edilməsi istiqamətində əməliyyat tədbirləri
davam etdirilir.