Polad Bülbüloğlu daha bir ölkənin xalq artisti oldu

Polad Bülbüloğlu daha bir ölkənin xalq artisti oldu

Azərbaycanın Rusiyadakı keçmiş səfiri, xalq artisti Polad Bülbüloğluna Özbəkistanda fəxri ad verilib.

AzerTimes xəbər verir ki, bu barədə xalq artisti Gülyanaq Məmmədova İnstaqram hesabında paylaşım edib:

“Bu gün Özbəkistanda Polad Bülbüloğlunun “Özbəkistanın xalq artisti” adı alması münasibətilə təqdimat keçirilib. Təqdimatda Özbəkistanın və Azərbaycanın mədəniyyət nazirləri və səfirləri iştirak edib”.

Qeyd edək ki, səfir P.Bülbüloğlu Moskvada uzunmüddətli diplomatik fəaliyyətini başa vurub.

Teqlər: