Pol və Tayson boks yarışlarından kənarlaşdırıldı

Pol və Tayson boks yarışlarından kənarlaşdırıldı

Bloger Ceyk Pol və əfsanəvi boksçu Mayk Tayson 16 noyabr tarixində Texasda keçirdikləri mübahisəli döyüşdən sonra boks yarışlarından rəsmən kənarlaşdırılıblar.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, Texas Lisenziyalaşdırma və Tənzimləmə Departamentinin bir qaydası var ki, döyüşçülər hər raund üçün 3 gün istirahət etməlidirlər.

Sözügedən döyüş 8 raund davam edib, bu da hər iki boksçunun 24 gün ərzində boks yarışlarından kənarlaşdırılması mənasına gəlir.

Teqlər: