Pokrovsk şəhərində son vəziyyət: Döyüşlər gedir

Pokrovsk şəhərində son vəziyyət: Döyüşlər gedir

Donetsk vilayətinin Pokrovsk şəhərində Rusiya qüvvələri toplaşmağa davam edir. Düşmən mövqeləri mütəmadi olaraq şəhərin hər yerində müəyyən edilir və döyüşlər gedir.

AzerTimes xəbər verir ki, bu barədə “DeepState” monitorinq layihəsinin analitikləri məlumat yayıb.

Qeyd olunur ki, ruslar artıq Pokrovskda əraziyə nəzarət edir və mövqelər qurur. Ruslar işğal etdikləri ərazilərə və şəhərə nüfuz etmək üçün öz logistikalarına nəzarət edirlər.

Analitiklər bildirirlər ki, bütün mümkün vasitələrdən istifadə etməklə rus hərbçilərinin həm təmizlənməsi, həm də məhv edilməsi davam edir. Bu işdə dronlar əsas rol oynayır.

Teqlər: