Podolyakın Türkiyə və Çinə ittihamı qalmaqal yaratdı

Podolyakın Türkiyə və Çinə ittihamı qalmaqal yaratdı

Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyakın Çinin zəif intellektual potensiala malik olması ilə bağlı açıqlamasına görə Kiyev izahat verməlidir.

AzerTimes xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq deyib.

Diplomat Kiyevə xatırladıb ki, Pekin Ukrayna-Rusiya münaqişəsində məsuliyyətli mövqe tutur.

Qeyd edək ki, Podolyak daha əvvəl bildirmişdi ki, Türkiyə, Çin və Hindistan Ukraynadakı müharibədən pul qazanır:

“Lakin onlar zəif intellektual potensiala malikdirlər və addımlarının nəticələrini təhlil etmirlər”.

Teqlər: