Podolyakdan Volodinin hədəsinə cavab

Podolyakdan Volodinin hədəsinə cavab

Kreml Volodinin ağzı ilə yenə də təhdid edir ki, hərbi texnikanın Ukraynaya ötürülməsi Rusiyanın mifik şəhərləri üçün təhlükədir və buna görə də eskalasiya gözlənilir.

AzerTimes xəbər verir ki, bu sözləri Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin hədəsinə cavab olaraq deyib.

O bildirib ki, Rusiya 11 aydır Ukraynanı bombalayır, dinc sakinləri kütləvi şəkildə qətlə yetirir:

“Volodinin fikrincə, Ukrayna və dünya buna səssizcə dözməli və müqavimət göstərməməlidir”.

Teqlər: