Müharibəyə son qoymaq üçün Ukrayna Silahlı Qüvvələrinə ağır silahlar lazımdır.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Mixail Podolyak deyib.
“Birbaşa deyəcəyəm. Müharibəyə son qoymaq və Rusiyanı Ukraynadan çıxarmaq üçün bizə ağır silah pariteti lazımdır: 1000 ədəd 155 mm-lik haubitsa, 300 RYAS, 500 tank, 2000 zirehli texnika, 1000 dron. İyunun 15-də Brüsseldə müdafiə nazirlərinin təmas qrupunun iclası olacaq. Qərar gözləyirik”, – Podolyak bildirib.