Podolyak Ukraynanın itkilərini açıqladı

Podolyak Ukraynanın itkilərini açıqladı

Rusiya-Ukrayna müharibəsində Ukrayna 13 min hərbçi itirib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak deyib.

“Bizdə Baş Qərargahın rəsmi qiymətləndirmələri var. Ölənlərin sayı 10 mindən 12,5-13 minədəkdir. Yəni biz açıq şəkildə ölənlərin sayından danışırıq”, – M.Podolyak bildirib.

Prezident Ofisinin rəsmisi vurğulayıb ki, ölkənin hərbi itkiləri mülki itkilərdən əhəmiyyətli dərəcədə azdır.

Qeyd edək ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Rusiyanın hərbi müdaxiləsi başlayandan bəri Ukraynanın 100 mindən çox hərbçi itirdiyini söyləmişdi.

Teqlər: