Qara dənizdə hərbi parad keçirməkdən qorxan ölkə okeanlarda necə dominantlıq kursu elan edir?
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixayil Podolyak bildirib.
“Rusiya fevralın 24-dən bəri Ukraynada 15 gəmisini, o cümlədən əzəmətli “Moskva” kreyserini itirib. Baxmayaraq ki, Ukrayna donanması əslində yoxdur. Bəlkə Rusiya dərhal “Atlantidanın azad edilməsi” kursuna getsə, daha yaxşı olar”, – Podolyak yazıb.
Qeyd edək ki, ötən gün Prezident Vladimir Putin Rusiyanın yeni dəniz doktrinasını təsdiqləyib.