Rusiya müdaxiləsinə qarşı Qərbin ən yaxşı cavabı HİMARS, ATACMS, “Abrams” və “Leopard”ın Ukraynaya yerləşdirilməsidir.
AzerTimes xəbər verir ki, bu sözləri Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.
“Rus təbliğatçılar öz fantaziyalarından utanmırlar. Rusiya “hərbi relsə” düşsə, deməli o, Ukraynada dayanmağı düşünmür. Bu fantaziya gerçəkləşəcək, ya yox, buna Avropanı qoruyan Ukrayna ordusu qərar verəcək”, – deyə Podolyak bildirib.