Podolyak: Rusiya bütün “kozır”lardan istifadə edib!

Podolyak: Rusiya bütün “kozır”lardan istifadə edib!

Rusiya Ukraynaya qarşı müharibədə artıq bütün “kozır”lardan istifadə edib.

AzerTimes xəbər verir ki, bu sözləri Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.

“Kremlin bütün siyasi oyunları “hərarəti yüksəltmək” üzərində qurulub. Ona görə də digər ölkələr onu qəzəbləndirməkdən qorxur. Rusiya kütləvi qırğın silahından başqa edə biləcəyi hər şeyi edir. Artıq bütün “kozır”lardan istifadə olunub. Qalan hər şey təbliğatdır. Qorxmaq lazım deyil. Bunun əvəzinə yardımları gücləndirmək lazımdır”, – Podolyak bildirib.

Teqlər: