Podolyak Qrossini buna görə kəskin tənqid etdi

Podolyak Qrossini buna görə kəskin tənqid etdi

Ukrayna prezident ofisi rəhbərinin müşaviri Mixail Podolyak MAQATE-nin baş direktoru Rafael Qrossini Kiyevin Zaporojye AES-dəki təhlükəli vəziyyətlə bağlı mövqeyini bölüşmədiyi üçün kəskin tənqid edib.

AzerTimes xəbrə verir ki, Podolyak telekanallardan birində çıxışı zamanı bu mövzuya toxunub.

“Ukrayna davamlı olaraq AES-dəki risklərdən danışdıqdan sonra dünya artıq bir az fərqli reaksiya verir. Bir nəfərdən başqa – Qrossi. Kifayət qədər gözəl ardıcıllıqla, ironiya ilə deyirəm, Qrossinin subyekti deyir ki, heç bir risk yoxdur, biz risk görmürük”, – Podolyak bildirib.

Teqlər: