Podolyak: Avropa barıt çəlləyinin üstündə əyləşib

Podolyak: Avropa barıt çəlləyinin üstündə əyləşib

Rusiya Enerqodar şəhərində yerləşən Zaporojye AES-i açıq şəkildə nüvə silahıyla təhdid edir.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.

Onun sözlərinə görə, ruslar AES-in ərazisini minalayır, sexlərdə mərmi saxlayır və Ukraynaya qarşı birbaşa bomba atmaqla təhdid edir:

“Bütün bunların səbəbi “yandırılmış ərazilər”in tərk edilməsi üçündür. Avropa hazırda barıt çəlləyinin üstündə əyləşib. BMT Təhlükəsizlik Şurasının bəyanatları, MAQATE-nin ultimatumları, CBS Nyus süjetləri haradadır?”, – o bildirib.

Teqlər: