Poçt tarifləri artırılır? – Rəsmi

Poçt tarifləri artırılır? – Rəsmi

Azərbaycanda universal poçt xidmətləri üzrə tarixlərin artırılması üzrə hər hansı təklif yoxdur.

AzerTimes xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus Azərpoçt MMC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən İsi Mustafayev ötən ilin yekunları ilə bağlı hesabat tədbirində bildirib.

“Xərclərimizin 60 %-ni işçilərin əmək haqqı təşkil edir. Minimum əmək haqqının artırılması haqqında qərarlar olarsa, bu, bizim xidmətlərin maya dəyərinə təsir edər. Lakin indiki halda tariflərlə bağlı hər hansı dəyişiklik gündəmdə deyil”,- deyə o qeyd edib.

Teqlər: