Bakı Trend:
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan
“Azərpoçt” MMC 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə əlaqədar
olaraq, növbəli iş rejimində vətəndaşlara xidmət göstərəcək.
Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, 6, 7, 8 mart tarixlərində qeyd edilən poçt şöbələri
aşağıdakı rejimdə işləyəcək:
• Mərkəzi Poçt Şöbəsi saat 09:00-18:00
• 2 saylı poçt filialının 63 saylı poçt şöbəsi saat
10:00-17:00
• 2 saylı poçt filialının 124, 138, 144 saylı poçt şöbələri saat
09:00-17:00
• 3 saylı poçt filialının 2, 40 saylı poçt şöbələri saat
10:00-17:00
• 4 saylı poçt filialının 44 saylı poçt şöbəsi saat
09:00-17:00
• Regionlarda yerləşən müştəri xidməti şöbələri saat
10:00-17:00
İstehsalat zərurətilə əlaqədar olaraq 1 saylı Poçt Filialının 66
və 152 saylı poçt şöbələri adi iş rejiminə uyğun fəaliyyət
göstərəcək.
Adi günlərdə olduğu kimi, bayram günlərində də poçt şöbələrində
əhaliyə poçt xidmətlərinin göstərilməsi – teleqramlar, məktublar,
banderollar, bağlamalar, xüsusilə də bayram təbrikləri, əsgər
göndərişləri, eləcə də pulköçürmələrinin qəbulu, kommunal xidmət
haqlarının yığılması təmin ediləcək.