“Pobeda” Türkiyəyə uçuşlara başlayır.
AzerTimes xəbər verir ki, bu barədə şirkətin saytında məlumat dərc olunub.
Aviadaşıyıcının dekabrın sonunda Antalyaya gündəlik reyslər açmaq üçün Federal Hava Nəqliyyatı Agentliyinə ərizə təqdim etdiyi və şirkətin İstanbula uçuşların açılması imkanını nəzərdən keçirdiyi bildirilib.
Xatırladaq ki, yazdan etibarən aviaşirkət beynəlxalq sanksiyalar və Federal Hava Nəqliyyatı Agentliyinin müvafiq tövsiyələri fonunda xaricə uçuşları tamamilə dayandırmışdı.