Xəbər - Ləman Zeynalova – Trend:
Birləşmiş Ərəb Əmirliklərinin “P&O Maritime Logistics” şirkəti Azərbaycanda “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi və “Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində BP şirkətini donanma ilə təmin edir.
Bu barədə AzerTimes-a şirkətdən bildiriblər.
Qeyd olunub ki, son iki il ərzində şirkət “Şahdəniz-2” layihəsi üçün yüngül konstruksiyaların tikintisini dəstəkləyib və boruların salınmasını təmin edib:
“2019-cu ildə Fransanın “Total” şirkəti “Abşeron” qaz yatağında kəşfiyyat işlərini başa çatdırdıqdan sonra biz İtaliyanın “Saipem” şirkəti ilə tərəfdaşlıq sazişi imzalamışıq və borularn salınması üçün iki gəmi təqdim etmişik. “Qarabağ” yatağında 2019-cu ildə kəşfiyyat işləri başlayandan və 2020-ci ildə bitənədək Norveçin “Equinor” şirkətinin gəmilərinin müşayiət etmişik. Hazırda bizim “Qarabağ” yatağındakı işlərimiz dayandırılıb”.
Şirkətdən bildiriblər ki, hazırda “P&O Maritime Logistics” Azərbaycanda beynəlxalq neft şirkətlərinə və beynəlxalq xidmət təchizatçılarına dəniz və logistika xidmətləri təqdim edir.