Pley-offa kimi gəlib çatsaq da… – Ozobiç

Pley-offa kimi gəlib çatsaq da… – Ozobiç

Pley-offa kimi gəlib çatsaq da, qrup mərhələsinə vəsiqə qazana bilmədik. Amma bu, futboldur, irəliyə baxmaq lazımdır.

AzerTimes xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Filip Ozobiç Çexiyada “Viktoriya” (Plzen) komandasına 1:2 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra “CBC Sport”a açıqlamasında deyib.

Xorvatiyalı yarımmüdafiəçi bildirib ki, çıxış edəcəkləri Avropa Liqasının qrup mərhələsində də güclü rəqiblər var:

“Yaxşı oyun göstərmək istəyirik. Konfrans Liqasında olduğu kimi, burada da pley-offa vəsiqə qazanmaq istəyirik”.

Teqlər: