Soyuq müharibə dövründə peyklər bu günki qədər inkişaf etməmişdi.Ona görə də düşmənin yerini müəyyən etmək üçün yuxarıdan baxan bir gözə ehtiyyac varıydı.
Amerikanlar ilk öncə o vaxtki qırıcılarda istifadə olunan mühərriklə yerdən 100km yüksəkliyə qalxmaq üçün kiçik ölçülü bir təyyarə hazırlamaq fikrindəydilər. Amma sonra fizika qanunlarını xatırladılar və SR-71 Blackbird proyektinə start verildi.
Blackbird-ün tək işi hərbi məlumat toplamaqıydı. Amma bu işi görərkən düşmən onu görməməli və ən əsası vurmamalıydı. Ona görə də Blackbird görünməz və eyni zamanda inanılmaz dərəcədə sürətli olmalıydı.
Stealth sistemi SR-71-i düşmən radarlarına qarşı görünməz edirdi amma birdən sistem özünü doğrultmasa? Onda Blackbird-ün əkiz mühərrikləri ən yaxşı bacardıqları işi yerinə yetirirdilər: Sürətli uçmaq.. Çox sürəti uçmaq. Bu təyyarə o qədər sürətliydi ki, ona qarşı göndərilən raketlərdən daha sürətli hərəkət edərək gözdən itirdi. Blackbird-ün maksimum sürəti saatta 3.540 km idi. Maksimum sürət limitinə çatdıqda qanadlarında və burnunda istilik səviyyəsi o həddə çatırdı ki, bazaya qayıdanda ərimiş metalın arasından benzin axıdırdı.
ABŞ cəmi 32 ədəd Blackbird istehsal etdi. Bunlardan 12-si qəza nəticəsində məhv oldu amma heç biri düşmən tərəfindən vurula və ya ələ keçirilə bilmədi. Uncle Sam 1966-cı ildən 1998-ci ilə qədər Blackbird-dən istifadə etdi. Düşmən bazalarının müəyyən olunması, əməliyyatlarda əsgərlərə düşmən mövqelərinin çatdırılması və hücum üçün optimal variantların müəyyən olunması. Bunlar Blackbird-ün müharibə vəziyyətində göstərdiyi saysız bacarıqlarından bir-neçəsi idi.
Bu gün isə Lockheed SR-71 Blackbird hanqarlarda, muzeylərdə saxlanılır. Onun gördüyü işləri peyklər çox daha asan şəkildə yerinə yetirirlər. Amm bu cihaz hələ də tarixdəki ən sürətli təyyarə olaraq qalır.