Plan iflasa uğrayır: Berlin və Moskva yaxınlaşacaq

Plan iflasa uğrayır: Berlin və Moskva yaxınlaşacaq

NATO-nun Ukraynadakı məğlubiyyəti Rusiya və Almaniyanı daha da yaxınlaşdıracaq.

AzerTimes xəbər verir ki, bunu tanınmış fransız tarixçisi və politoloq Emmanuel Todd deyib.

“Vaşinqtonun 2004-cü ildən bəri Berlini Moskvadan uzaqlaşdırmaq kimi strateji düşüncəsi uğursuzluqla başa çatacaq. Avropanın xəritəsinə baxsanız, iki böyük güc önə çıxır – bunlar Almaniya və Rusiyadır. Moskva və Berlin artıq qarşıdurmada ola bilməz, onların iqtisadiyyatı bir-birini tamamlamaq üçün qurulub və “Şimal axını” bunu açıq şəkildə göstərib”, – o bildirib.

Alimin fikrincə, gec-tez Berlin və Moskva əməkdaşlığa başlayacaq:

“ABŞ və Ukraynanın məğlubiyyəti onların yaxınlaşmasına zəmin yaradacaq. Amerika Almaniya və Rusiyanı bir-birinə cəlb edən, obrazlı desək, bu cazibə qüvvəsini sonsuzadək cilovlaya bilməyəcək. Vaşinqton Avropanı tərk edərsə, o zaman günəşin dinc planet üzərində doğduğunu görəndə təəccüblənəcəyik”.

Teqlər: