2024-cü il üçün Ukrayna ordusunun lazımı sayda silah-sursat, o cümlədən dronla təmin edilməsi ilə bağlı plan hazırdır.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Rüstəm Umerov deyib.
“Həmkarlarıma dedim: 100 gün ərzində işdən çıxarılsam, cəmiyyətə cavab verə bilərəm ki, biz 2024-cü il üçün plan hazırlamışıq. Və bu planda pilotsuz təyyarələr də daxil olmaqla, lazımi miqdarda silah-sursat var”, – Umerov bildirib.