PKK zəlzələni fürsət bildi, cavabını aldı

PKK zəlzələni fürsət bildi, cavabını aldı

PKK/YPG terror təşkilatı Suriyanın Tel-Rıfat bölgəsindən Türkiyənin Öncüpınar sərhəd polis məntəqəsinin məsuliyyət sahəsini reaktiv yaylım atəş qurğusu vasitəsilə raket atəşinə tutub.

AzerTimes xəbər verir ki, bu haqda Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda heç bir tələfatın olmadığı, terrorçulara misli ilə cavab verildiyi vurğulanıb.

Qeyd edək ki, ötən gün Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində son məlumata görə, 2921 nəfər ölüb.

Teqlər: