Bir tərəfdən dostluq əlaqələrini davam etdirən bəzi dövlətlərin terror təşkilatlarına dəstək verdiklərini görürük.
AzerTimes xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Numan Qurtulmuş deyib.
Türkiyənin hüdudlarından kənarda uzun illərdir ölkəni narahat edən və Türkiyəyə ağır bədəllər ödətdirən bir terror qaynağının olduğunu söyləyən Qurtulmuş bildirib:
“Təəssüf ki, bu terror təşkilatları özbaşına deyillər. Aldıqları müəyyən dəstəklər var – logistik, siyasi, silah və hətta kəşfiyyat dəstəyi var. Onların Türkiyəyə zərər verməsinin qarşısını alacaq əməliyyatlar uzun müddətdir davam edir. Həm İraqın, həm də Suriyanın şimalında harada terror təşkilatları aşkar edilibsə, bəzən nöqtə əməliyyatları, bəzən isə iki gündür edildiyi kimi, hava əməliyyatları ilə bu işlər davam etdirilir”.