PKK-ya qarşı əməliyyat: Türkiyə Rusiya ilə bunu müzakirə edir

PKK-ya qarşı əməliyyat: Türkiyə Rusiya ilə bunu müzakirə edir

Türkiyə hazırda PKK-ya qarşı əməliyyat keçirmək üçün Şimali Suriya ərazisi üzərində hava məkanının açılmasını Rusiya ilə müzakirə edir.

AzerTimes xəbər verir ki, bunu milli müdafiə naziri Hulusi Akar deyib.

“Terror təşkilatını zərərsizləşdirmək üçün işimizi davam etdiririk. Ruslarla hava məkanının açılmasını müzakirə edirik”, – Akar bildirib.

O, həmçinin Türkiyə, Rusiya və Suriya arasında üçtərəfli əməkdaşlıq üzrə təmasların davam etdiyini vurğulayıb.

Teqlər: