PKK-ya ağır zərbə: 5 terrorçu öldürüldü

PKK-ya ağır zərbə: 5 terrorçu öldürüldü

Türkiyə ordusu İraqın şimalında PKK terrorçularına yeni zərbələr endirib.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, aprelin 10-da keçirilən əməliyyat nəticəsində daha beş terrorçu zərərsizləşdirilib.

Nazirliyin açıqlamasında, “Şəhidimizin qanı yerdə qalmadı, qalmayacaq!”, – ifadəsi yer alıb.

Qeyd edək ki, aprelin 9-da terrorçuların İraq ərazisində açdığı atəş nəticəndə ağır yaralanan 26 yaşlı çavuş Hikmət Aslan həkimlərin bütün səylərinə baxmayaraq dünyasını dəyişib. Şəhid bu gün Niğde vilayətində dəfn olunub.

Teqlər: