PKK terror təşkilatı İraqın şimalındakı antiterror əməliyyatı bölgəsində Türkiyə hərbçilərinə hücum edib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Hücumu nəticəsində Türkiyə ordusunun çavuşu Qədir Dingil şəhid olub, iki hərbçi isə yaralanıb.
Yaralılar hospitala yerləşdirilib.
Qeyd edək ki, daha əvvəl Türkiyə ordusu Qəndil bölgəsində PKK terrorçularına havadan zərbələr endirmişdi.