PKK liderlərindən biri, Iraqın Mahmur şəhərindəki terror təşkilatının lideri Selman Bozkır zərərsizləşdirildib.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz “Twitter” səhifəsində yazıb.
Türkiyə prezidenti bildirib: “Türk Milli Kəşfiyyat Təşkilatı [MİT] PKK liderlərindən birini, Mahmurdakı terror təşkilatının lideri “Dr.Hüseyn” kod adlı Selman Bozkırı zərərsizləşdirdi. Bu əməliyyatın müvəffəq olmasında əməyi olan hər kəsə xalq adından təşəkkür edirəm”.
Dövlət başçısı qeyd edib ki, Türkiyə Mahmuru terrorçular təfərindən bir növ “inkubasiya mərkəzinə” çevirilməsinə icazə verməyəcək: “Terrorizmin qarşısını almağına davam edəcəyik”.
Əməliyyat zamanı S.Bozkır ilə birlikdə daha iki silahlı zərərsizləşdirilib.