PKK terrorçuları Afrin şəhərini raket atəşinə tutub, 13 nəfər ölüb

PKK terrorçularının Suriyanın Afrin şəhərinin mərkəzini və yerli xəstəxananı raket atəşinə tutması nəticəsində azı 13 mülki şəxs həlak olub və çox sayda insan yaralanıb.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Tel-Rifat bölgəsində yerləşən terrorçular Afrinin mərkəzinə və Şifa xəstəxanasına artilleriya silahlarından atəş açıblar. Nəticədə 13 mülki şəxs həyatını itirib və çox sayda yaralı var”, – nazirliyin “Twitter” səhifəsində bildirilib.


Bildirilir ki, hücum zamanı azı 27 nəfər yaralanıb.

Teqlər: