PKK və FETÖ kimi terror təşkilatlarının təbliğatı META platformasından silinəcək.
AzerTimes xəbər verir ki, bunu Türkiyə Nəqliyyat və İnfrastruktur naziri Abdulqadir Uraloğlu deyib.
Nazir bildirib ki, istifadəçi hüquqları tamamilə qorunacaqdır və istifadəçi hesabları heç bir səbəb olmadan bağlanmayacaq:
“Terrorizmi təbliğ edən məzmun silinəcəkdir. Yaxın vaxtlarda META rəsmilərinin Türkiyəyə səfəri baş tutacaq”.